Get, axund, bir qara əbayə bürün,Bir əlin millətin cibinə uzat.Bir əlin kömləyin yaxasına atMinbər üstündə xalqa böylə görün.Bu təmaşaya el də aşiq olur:“Gözə bir aləm eyləyir izhar”Əhli-məclis ki, başların açalar,Şırpa şırp sillə, yumruğu vuralar.Yığılar çoxca dirhəmü dinar,Arizuna demək müvafiq olar.

Aç axund, kömləyin yaxasın, aç,Xalqı aldatmağa yalanları saç,De ki: “Ey millət, ağlamaq dəmidir,Ağla, yoxdur vəfası dünyanın,Ağlamaq borcudur müsəlmanın.Çünki bu ay, elin məhərrəmidirXəlqin olmaz da xərc parələriRozaxanə, axunda, tüllabə,Pilova, qəndə, çaya, cüllabə,Millət uyduqda bu şirin xabəƏqlinin heç qalarmı bir əsəri?Abad olsun görüm bu İranı,Qoydu ağlar günə müsəlmanı!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice