Məncə, hər doğru məhəbbətdə siyasət olmaz,Olsa bir azca siyasət, o, məhəbbət olmaz.

Ürəyim gizlədə bilməz ki, sevir qardaşını,Tökür hicrində açıqdan-açığa göz yaşını.

Ona baxdıqca uzaqdan ürəyim parçalanır,Dərdli bir nəğmə deyirkən dilim ağzımda yanır.

Çağırır, gəl! – deyə hər an məni ordan haraya,Ürəyim quştək uçur dərdli Arazdan o taya.

Deyirəm: qəm yemə, dostum, hələ mən ölməmişəm,Sənsiz ömrümdə, bilirsən ki, deyib gülməmişəm.

Ta əzəldən yoğurub qanla bu qardaşlığı biz,Demişik, qəbrədək ayrılmayacaqdır əlimiz!

Heç yaraşmaz sənə artıq o pərişan görkəm,Sadiqəm andıma, qardaş, tut əlimdən möhkəm.

Nərə çək, söylə o qəlbindəki hər istəyini,Çevirib bayrağa qandan qızaran köynəyini!

Şüvəlan, avqust 1945

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets