Oğlumun ad gününə

Sən mənim göz bəbəyimsən, öz adımsan, Azadım,Doğru yollarda qolumsan, qanadımsan, Azadım.Şerimin mənbəyisən, çeşməsisən, gülşənisən,Ən ağır gündə əyilməz poladımsan, Azadım.Sən qaranlıq gecədə sönməz işıqsan gözümə,Bu məhəbbət dolu qəlbimdə odumsan, Azadım.Belə xoşbəxt ola bilməzdi Süleyman Rüstəm,Sən canımsan, ciyərimsən, Azadımsan, Azadım!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring