Bir gün yadınıza düşərsəm, məni,Bu doğma ellərdə axtararsınız.Beş, altı nəğmənin müəllifiniSevən könüllərdə axtararsınız.

İlk bahar çağında,İsa bulağında,Araz qırağında,Sonalı göllərdə axtararsınız.

Gözəllər gözəlim, vətəndir, vətən,Nə duman görəcək, amalım, nə çən.Məni, karvan-karvan mənalı keçən,Aylarda, illərdə axtararsınız.

Görən gözümü,Ürək sözümü,Mənim özümüNəğməli dillərdə axtararsınız.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland