Ata! Sən bu həyatdan nakam getmədin əsla,Gəlir övladlarının ocağından işıqlar.Onlar yolçu olublar al günəşli bir yola,Sənin bu doğru yolda xoşbəxt övladların var.

Gözümüzün önündən getməyib, getməyəcək,Bizə çörək qazanan bükülməz biləklərin.Çəkdiyin o əməklər itməyib, itməyəcək,Dünyada hasil oldu tükənməz diləklərin.

Sindanının önündə çəkic vuran zamanlarÜzümə çox sıçrayıb dəmir qığılcımları.Ata! Kim bilir, bəlkə, bəlkə elə o anlarÜrəyimdə yaranıb şeir qığılcımları!

Mən hər məzarıstanda olduğum zaman, ata,Sənin şair oğlunun yaşla dolur gözləri.Sanki lap əvvəlkitək gəlir qulaqlarıma,Qara torpaqlar altdan çəkicinin səsləri.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets