Analar
Görün nə aləmdir, bizim analar,Biri övladına çırağım deyir.Görürsən o biri öz laylasındaPənahım, igidim, qoçağım deyir.
Biri də: can bala, qulaq as, sənsiz,Sərt qışa çevrilər bahar, yaz sənsiz,Bəxtimin qapısı açılmaz sənsiz,Solar çiçək bağım, gül bağım, deyir.
Bir ana səslənir: balam, ay balam,Mənim günəş balam, mənim ay balam,Dünyada tapılmaz sənə tay balam,Sənsən ucalığım, Şahdağım, – deyir.
Bir ana qaldırıb zilə səsini,Oxuyur ömrünün xoş nəğməsini.Öpüb dönə-dönə öz körpəsiniƏn gözəl çağımdır, bu çağım, deyir.
Bir qonşu evdəsə cavan bir anaÖz körpə ilkini basıb bağrına,Böyük məhəbbətlə süd verir ona,Körpəmsiz olmasın qucağım, – deyir.
Bir ana dillənir: “Mənim ülkərim,Gözümün işığı, canım, ciyərim.Səninlə dağılır dərdim, kədərim.Sənsiz işıqlanmaz ocağım, deyir.
Gəncliyim ötsə də, xoşbəxtəm yenə,Mahnılar qoşuram xalqa, vətənə.Hər yerdə ağsaqqal deyirlər mənə,Anamsa “gül balam, uşağım” – deyir.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-analar
Use ← → keys to move, R for a random poem
More by this author
Günəş doğur, bürünür Xəzər qızıl rənginə,Qağayılar çığrışıb salamlayır günəşi.
Ağ şanıBu körpəcə meynəni, oğlum, öz əllərimləSənin əziz adına basdırıram torpağa.
Qulaq asQulaq as bir atana oğlum, AzadSənə hörmətli qonaqdır Fərhad.
XəzriBir anda çapıb öz atını əsdi küləklər,Bağlarda yenə dövrə vurub gəzdi küləklər.
Poems by other poets · Nature and spring
Səhər çağı ötən bülbülSən ağlama mən ağlaram
A yaza könülYenə yada düşdü əhdü-peymanım,Vəsfini sinəmə a yaza könül.
DağlarEy ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar
Çəkmə, ey dust, məni məscidi-viranə sarıÇəkmə, ey dust, məni məscidi-viranə san,Genə çəksən də məni, çək barı meyxanə sarı,