Xəzri
Bir anda çapıb öz atını əsdi küləklər,Bağlarda yenə dövrə vurub gəzdi küləklər.
Əsdikcə, budur, yığdı narın qumları çin-çin(Göstərməliyəm qüvvətimi mən ona bir çin).Qorxub ana quşlar yuvadan çıxmadı dənçin,Kal meyvələrin taqətini kəsdi küləklər!
Əncir ağacı! Hər budağın bir dəyənəkdir,Min zərbə yemiş qoblaların sərt döyənəkdir.Sən yaxşı bilirsən ki, bu tufan nə deməkdir,Meyvəndən, əzizim, əlimi üzdü küləklər!
İnsan kimi birdən-birə diksindi ağaclar,Sandım ki, kökündən qopacaq indi ağaclar,Yarpaqları milyon dil olub dindi ağaclar,Son ver bu amansızlığa son, bəsdi, küləklər!
Yarpaq tökülür, bar tökülür, bəlkə xəzandır?Bağçamda qızılgüllərimin halı yamandır.Min dil də tökürsən, yenə söz qanmayır andırBostanları tapdalayaraq əzdi küləklər!
Öyrən, ey oğul, hadisələr doğmayır heçdən,Hər şey bu təbiətdə alır əmri günəşdən.Axırda düşüb bir qoca aslan kimi gücdənSon dəfə nəfəs çəkdi, həmən kəsdi küləklər!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-xezri
Use ← → keys to move, R for a random poem
More by this author
Sabahını düşünürəm millətimin, özümün,Dünənimdən bu günüm xoş, bu günümdən sabahım.
Bağışlar səniYol ayrıcında qalanlara*Özünə elə bir yol seçmisən ki,
Sənə bağlıyamDostum Zeynal Məmmədova ithaf*Qarabağa cənnət desəm, tamam haqlıyam,
25-ci palatadaProfessor Adil Sadıqova ithaf*Dərman qoxusuyla doludur otaq,
Poems by other poets
Yanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
Müəmma: Beş yaşından on beş raha yetişdimBeş yaşından on beş raha yetişdim,Beşi atdım, beşi tutdum, beşi nə?
سید رهروان دین طیفورآنکه در عمر خویشتن بدفرد
Nə edimBir nəfər fəqir şəxs nə qədər qeyrətlə çalışırdısa da, külfəti böyük olduğu üçünyeməklərini ödəyə bilmirdi. Bir gün orada, bir gün burada işləməklə öz külfətini