Bir nəfər fəqir şəxs nə qədər qeyrətlə çalışırdısa da, külfəti böyük olduğu üçünyeməklərini ödəyə bilmirdi. Bir gün orada, bir gün burada işləməklə öz külfətinibir gün ac, bir gün tox saxlayırdı. Bayrama yaxın neçə dəfə dövlətlilərin yanınagedib yer-yemiş istəmişdisə də verməmişdilər. Odur ki, balaca qızı ona:– Ata, bayramdır, bizə yemiş al, – dedikdə, biçarə utana-utana qızınabelə cavab verirdi:

Gəldi novruz, a mənim taqəti-canım, nə edim?Vallah, bircə qəpiyə yoxdu gümanım, nə edim?Qoy qənilər gecə-gündüz olalar xürrəm, şad;Onlara çünki müyəssər olacaqdır hər zad,Kef çəkib, bizləri heç etməyəcəklərdir yad.Görüm ol çərxi-fələk dəhrdə olsun bərbad!Məni məğmun eləyib dövri-zamanım, nə edim?Hələ bir çet qəpiyə yoxdu gümanım, nə edim?

Doğrudur, sən də uşaq, bayrama eylərsən həvəs;Bir mənim də nəzər et haləti-naşadıma bəs;Hərçi dad eyləyirəm, yox mənə bir kəs verə səs;Dərdü möhnət çoxalır, ay bala, çəkdikcə nəfəs.Yandırır qəlbimi bu dərdi-nihanım, nə edim?Gəldi novruz, a mənim taqəti-canım, nə edim?

Yox qənilərdə tərəhhüm bizə imdad eləsin,Bizi bir qulluğa təyin eləyib, şad eləsin,Bəlkə bu möhnətü qəmdən bizi azad eləsin,Dil dolanmır ki, qəmü möhnəti tədad eləsin.Quruyub kəsrəti-qəmdən bu zəbanım, nə edim?Gəldi novruz, a mənim taqəti-canım, nə edim?

Məni bədbəxti-zaman eylədi bu taleyi-dun;Bilirəm qüssədən axır olaram mən də cünun;Fikr qıldıqca dolur bu dili-naşadıma xun;Rəhmsizlər evi aləmdə ola künfəyəkun!Çaxçada yox ki, mənim bir quru canım, nə edim?Gəldi novruz, a mənim taqəti-canım, nə edim?

Hər nə hasil edirəm, külfətə sərf eyləyirəm;Hər nə ki pul alıram, külfətim ilə yeyirəm;Əlli ildir hələ bu köhnə çuxanı geyirəm;Mənə bir yer veriniz hərçi deyib, söyləyirəm.Indi qəm çəkməyə də yoxdu amanım, nə edim?Gəldi novruz, a mənim taqəti-canım, nə edim?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qara Qənbər

Qara Qənbər böyük adam idi, özü də Şura işçisi idi. Hökumət “trestlərinin” birisində böyük qulluq sahibi idi. Bunun keçmişini az adam tanıyırdı. Amma bu özünü Şura anketlərində “fələ sinfinə mənsubam” yazırdı. Qara Qənbər öz qulluğundan çox razı idi, geniş, işıqlı kabinedə əyləşərdi. Qarabağın gön mahut çəkilmiş stul, stolun üstündə bir neçə cür telefon, yanında qapıçı, qapıda avtomobil, ya fayton həmişə bəkləyordu. Çaldığı zəngə qapıçı tez gəlirdi, guya yerdən çıxırdı.Böylə şeylər əvvəldən Qara Qənbərin kefini açardı: gah telefonu əlinə alıb onunla-bununla çox-çox qonuşardı. Gah zəngi basıb qapıçıya əmr verərdi, gah meşin portfeli qoltuğuna alıb, avtomobilə minərdi ki, görsün küçədə tanışlardan kimə rast gələr.

5 min
Gülzar

Bu gecə bütün kənd sevinirdi. Qızlar, gəlinlər, uşaqlar, gənclər, ixtiyarlar sevinir, bütün kainat belə sevinirdi... Uşaqların bağırtısı, qızların, gəlinlərin çalğısı, yastı balabanların ən kobud ürəkləri oxşayan həzin iniltisi bir-birinə qarışıb, ümumi bir ahəng yaratmış və hər kəs bu şən gurultunun sonsuz sevinclərinə dalıb getmişdi.Bəli, bu gecə hər kəs sevinir, həm də onun səadətinə sevinirdi.

25 min
Dilarə

Günəşin son vərəmli tellərinin duydurduğu iyrənc bir sükut içində ana ağlayır, ata ağlayır, zavallı qızcığaz da, bu fəlakətə səbəb olmuş kimi, qorxudan qımıldanmayıb, yavaşdan için-için ağlayırdı.Səadət şərbətini tapıb içərkən, qədəhi salıb qırmaq, xoşbəxtlik yolunu tapıb, tam məqsədə çatarkən bir fəlakətə uğrayıb, məhv olmaq nə qədər acı olsa da, adi bir şey deyilmidir?

5 min
Dilbər

Hər gün bir dəqiqə dinc oturmayan və dinclik verməyən Dilbər, dərs başlar-başlamaz: “Müəllimə mən deyim, mən deyim”, – deyə, barmağını göydə oynadan və gurultu ilə bütün sinifdə bir həvəs, bir dirilik oyadan Dilbər, bu gün birdən-birə susmuş, qanadı qırılmış quş kimi yerində büzüşüb oturmuşdu. Hamı heyrət edirdi. Müəllimə belə buna heyrət etməyə bilmədi.– Dilbər, səndən nə əcəb belə dinc oturmuşsan, xəstə deyilsən ki?

12 min

Poems by other poets · Satire