Qulaq as bir atana oğlum, AzadSənə hörmətli qonaqdır Fərhad.Oynayın qumların üstündə qəşəng,Hər zaman biz, sizi bir yerdə görək.Dirçəlin, bağlanın Azər elinə,Yollanın mavi Xəzər sahilinə.Oynayın dalğaların qoynunda,Qolunuz bir-birinin boynunda.Xəzərə söyləməyin – qan çanağı,Suya tez baş vurun ördək sayağı.Bakının güzgüsüdür mavi Xəzər,Sevinirsən ona saldıqca nəzər.Suda qoy bir avar olsun qolunuz,Baş vurun bir də, var olsun qolunuz!Yox bu dünyada şirin şey baladanAta qəlbisə seçilməz qaladan.Siz çimin, biz oturaq sahildə,Vaxt ötüşsün bu sayaq sahildə.Qorxmayın bilməsə də dil bu dəniz,Sizdən ayrılmayacaq gözlərimiz!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets