Sən ey sərxoş xain yaxşı bir dayan,Tutacaq ədalət sənə bir divan!Ölkəmi boyadın yetər al qana.Bala firqətiylə sızlayır ana.Yetər dağıtdığın xanimanları,Xain, bağladığın peymanlar¹ hanıSənin də kədərə dönər sevincinSöylə bu azğınlıq neçindir neçin?Sən İran mülkünü dollara satdın,Ellərin ahını göyə ucaltdın.

¹ Müqavilə mənasında işlənmişdir.

Qanla qızarıbdır vətən torpağı,Zülm ilə xalqıma çəkibsən dağı.Tapdadın xalqımın haqqın, əməlin,Cəllad, bir yaxşı bax qanlıdır əlin.Verdin ellərimi düşmən önünəQara pərdə çəkdin işıq gününə.Xalqımın əməli bilirəm haqdır,Haqqın al günəşi parlayacaqdır!!!Bil ki, ölməyəcək ana dilimizNə qədər yaşayır şanlı firqəmiz!Onda ki, xalqımız edəcək qiyam –O gün biləcəksən nədir intiqam!Vətəndir dilimin mehriban sözüAzəri xalqının açıqdır gözü.Gər ölsə bu yolda bizim igidlərOnların qanilə çiçəklər bitər.Ölərmi bir xalqın tarixi, dili?Yox, yenə qəhrəman Azəri eliAzad həyat qurub dincələcəkdir,Vətənin nicatı tez gələcəkdir!O yenə çıxacaq bir gün ağ günə.Mən ki, inanıram o parlaq günə!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland