Uşaq əldə əlvan şara, göydə uçan qartalaBaxıb həsəd çəkən kimi mənə həsəd çəkirsən.Sən arabir tutursan da məni sorğu-suala,Gözlərini bir maraqla gözlərimə dikirsən.

Bu dünyada daş-kəsəkli yollar çıxıb qarşıma,Fəqət yenə yerimişəm, dönməmişəm əlbəəl.Sən bilmirsən, ömrüm boyu yüz yol gəlib başımaRiyaziyyat dünyasında hökm eləyən dörd əməl.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets