Yaxşıdı
Dəli könül, məndən sənə əmanət,Demə bu dünyada qalım yaxşıdı.Bir gün olar, qohum-qardaş yad olar,Demə ulusum var, elim yaxşıdı.
Bir məclisə varsan, özünü öymə,Şeytana bac verib, kimsəyə söymə,Qüvvətli olsan da, yoxsulu döymə,Demə ki, zorluyam, qolum yaxşıdı.
Qoçaqdan olubsan, qoçaq olgunan,Qadadan, baladan qaçaq olgunan,Aşıq ol, comərd ol, alçaq1 olgunan,Demə varım çoxdu, pulum yaxşıdı.
Xəstə Qasım kimə qılsın dadını,Canı çıxsın, özü çəksin odunu,Yaxşı igid yaman etməz adını,Çünki yaman addan ölüm yaxşıdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/xeste-qasim-yaxsidi
Use ← → keys to move, R for a random poem
More by this author
Bir əcayib nəstə gördüm, kökü bir, budağı üç,Hər ağacdan altmış çiçək, yüz səksən yarpağı üç.
Varİnsan oğlu yalan demə, yalan da var,Üzümə aydın görünmə, çiskinli duman da var.
Yavaş-yavaşDəli könlüm xəyal etmə, gəlirəm yavaş-yavaş,Cismim hicranın bölürəm yavaş-yavaş.
Başına dolandığımYaxşı olar qohum, qardaş,El, başına dolandığım.
Poems by other poets
Bir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər
Ey xətin muyu mənə mülkü-Süleymandan ləzizEy xətin muyu mənə mülkü-Süleymandan ləziz!Vey üzün nuru mənə mehri-dirəxşandan ləziz!
VarYenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,