Sözün şöhrəti
Qanadlan hüsni-eşq ilə! Məkanın asimanlardır;Gül üzlü bir səhərsən ki qucağında bahar vardır.Sənin hüsnün də, eşqin də yaranmışdır həqiqətdən,Ürək doymaz, xəyal küsməz müqəddəs bir təriqətdən.Rübabın incə tellərdir… Min aləm var təranəndə,Adın "Sözdür", özün insan! Nə mənalar yaşar səndə?!Şüurlar dərs alar hər an sənin yetkin kamalından…Şəfəqlər, şölələr parlar həyata gün camalından…Nə məna varsa, bil, sözdə, könül doymaz bu mənadan,Bəşərdir şöhrətin yalnız, əməllərdən yarandın sən!Sənin fəxrin də, şənin də zamanla, əllə ölçülməz,Xeyir söz! Şad xəbər! Sənsiz könüllər şad olub gülməz!
Bütün məclislərin fəxri, duyan hər qəlbi zinətsən!Əməllər, arzular oğlu! Bütün dünyanı seyr et sən.Könüllər mülkü yurdundur… Sənin min həmdəmin vardır,Sənin səyyar qanadlarla uçan bir aləmin vardır!Sözün mənası hədd bilməz! Uçub yüksəl bu qüdrətlə,Kamalın incilər saçsın, danış hər yerdə hikmətlə.Sözün eşqilə, qəlbilə yaşar aləmdə dastanlar,Sözün səyyar xəyalilə gəzər dünyanı insanlar.Sözün qəlbində gizlənmiş bütün dahilərin eşqi,Sözün qəlbində sakindir göyün eşqi, yerin eşqi.Sözün şənində şöhrət var, bu məna qəflətən solmaz,Çiçəksiz, sözsüz, insansız, səadətsiz bahar olmaz!Şeir, sənət əzəl gündən sözün hüsnilə yoğrulmuş,Zamanın sirri, sevdası, onun qəlbində nəqş olmuş.Sən ey "Söz" adlanan nemət! Tükənməz bir xəzinən var,Başından min boran keçmiş, dəyişmiş qanlı dövranlar.Fəqət sənsiz nə bir gülşən, nə bir yarpaq göyərmişdir,Nə eşqin laləzarından bir insan lalə dərmişdir.Gözəllər, türfə cananlar dodağında gül açdın sən,Könüllər məst olub getdi sənin sevdalı ətrindən.Şirin söhbətlə, ülfətlə dalar sevdayə həmdəmlər,Mehriban, isti bir sözlə uçar dərdlər, keçər qəmlər…Boyaqsız, rəngsiz, əmmasız olan söz daim haqdır,Sözün keçməzsə bir yerdə böyüklük sadə susmaqdır.Qananlar məclisindən keç ki, feyz al sözlə söhbətdən,Fəqət qanmazlar ağzında düşər Loğman da qiymətdən.Nahaq söz od vurar qəlbə, fəqət haqq söz keçər daşdan,Ucuz söz qan qaraldar ki, küsərsən dostla sirdaşdan.Fəlakətlər doğurmuşdur riyalar, bir də böhtanlar,Yalan sözdən həyat ummuş həyasız, qansız insanlar.Gözəl söz! Qəhrəmanlıqla keçən bir şöhrətin varmış,Adın dahilər ağzında hücumsuz cəbhələr yarmış…Sənin ulduzlu alnında müzəffər, şanlı bir ordu –Bütün aləm qoşun çəksə, alınmazdır sözün yurdu!Qılıncdan, nizədən kəskin, zamandan, oxdan ötgünsən,Bu gün hər nəşəyə bir dost, sabah hər dərdə yetkinsən.Bütün qanunların hökmü yazılmış sözdə bir xətlə:"Ədalət! İxtiyarın var can alsan haqqa hörmətlə!Həqiqət! İncədir qəlbin, fəqət dönməz iradən var!Kamal! Sən bir günəşsən ki, camalından şəfəq parlar!Məhəbbət! Ömrü sevdasız yaşatmaq bir cinayətdir!Gözəllik! Canlı bir sənət, əzəldən ömrə zinətdir!Səadət! Sirlər yurdu, müqəddəs bir pərisən sən!Vətən! Namus da, vicdan da yaranmış şanlı hüsnündən!Vətən qoynunda bəslənmiş əməllər, arzular, şəksiz,Vətənsiz, yurdsuz insanlar yaşar aləmdə məsləksiz!"Bu sözlərdir mənim eşqim, bu mənalar baharımdır,Bu qüdsiyyət, bu şeriyyət mənim bir laləzarımdır.Bütün aləm çiçək dərsin, ətir çəksin bu gülşəndən,Zamanın, varlığın, hüsnün rübabından yarandım mən!Yaz ey Vurğun ki, hər şerin, sözün bir yadigar olsun!Mən ölsəm də, vətən eşqim vətən mülkündə var olsun!
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-sozun-sohreti
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Naz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Bir namə yazaramBir namə yazaram canan elinəƏhvalım canana yetişərmola?
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,