Kütlənin adı kütlədi,Kütlə xar edir milləti;Kütlə qanmayır dost nədir,Kütlə qanmayır yad nədir;Kütlə çoxdankı kütlədir,Kütləyə dönmə, millətim.Çıxdı alimi söz deyə,Çıxdı şairi söz deyə,Kütlə şairi pislədi,Kütlə onları fitlədi.İmadəddini qətl edib,Hadı ölümünə cəhd edib,Böyük Sabiri rədd edib,Kütlə çoxdankı kütlədi.Kütləyə dönmə, millətim.Nə beyni, nə ürəyi var,Elə ləbbey deməyi var;Bağırır niyə bilməyir,Fikrini deyə bilməyir…Yalnız kor hisslərin qulu,Məqsədi, yolu qorxuluBoş yerə yorur özünü,Yoxdur məhvəri, özülü,Çalxanır, qabarır, batır,Büs-bütün köpükdü qatı…İşi zorladı, güclədi,Kütlə çoxdankı kütlədi.Məskəni çöl, bayır, küçə,Haqqı ayaqlayıb keçər.

Dost ola, ya ki, yad ola,Qoyar ayağı altına.Gözləri qandı kütlənin,Beyni dumandı kütlənin.Hərc-mərcliyə müttəfiq,Kütlə çoxdankı kütlədi.Qanmaz yaxşı, yaman oldu.Vəhşiləşir axırda o…Yox ağlı, gücü, qüdrəti…Kütlələrin zamanıdır,Yalvarıram, ağıllı ol,Kütləyə dönmə, millətim!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets