Ay eylər of-of
Bağban bar bəsləyib bara yetəndə,Dərəndə meyvəsin eyləməzmi isss...Yar badə dəstində yara yetəndə,Dadanda ləzzətin eyləməzmi isss...Bekar arvad cavan əri qocaldar,Küsər öz bəxtindən ay eylər of-of!
Çalış hər bir işə yara, yetəndə,Dərdə əlac olar yara yetəndə,Həsrət çəkən könül yara yetəndəGörüş zamanında eyləməzmi isss...Bir bədəsil çıxsa yaxşı nəsildən,Görənlər ah çəkib ay eylər of-of!
Elə danış deməsinlər səy sənə,Bir dərdimi yetirmisən səysənə,İnsan qəfil yuxusundan səysənə,Oyanıb yuxudan eyləməzmi isss...Mərd igidin sərəncamı pozulsa,Dost görər yurdunu, ay eylər of-of!
Nəcəf deyər, dost qadanı az alım,İnsafdırmı mən dərdindən azalım.Sən gələndə biz tərəfə, a zalım,Həsrət çəkən könül eyləməzmi isss...Bir səyyad ki, şikarını bulmaya,Boylanar dalınca, ay eylər of-of!!!
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-necef-elimerdanli-ay-eyler-of-of
More by this author
Poems by other poets
Müsəlsəl zülfdür çin-çin olub dilbər kənarında,Və ya ənbər saçılmış yari-siminbər kənarında.
KimdiAy ağalar ay qazılarGöy çadırda duran kimdi
Naxçıvan nəğməsiBu gün Araz sahilinə gəlmişəm,Mənim üçün “Arazbarı” çalın siz.
DünyadaQafil könlüm, aç gözünü, ayıq ol,Qaranlıq qəflətdə yatma dünyada.