Bu gün Araz sahilinə gəlmişəm,Mənim üçün “Arazbarı” çalın siz.Bu yellərin sorağını indi də,Qalaların naxışından alın siz.

Görürsənmi başı qarlı Şahbuzu,Əriməyib quzeylərin sal buu.Bol eləyin Badamlını, ağ duzu,Süfrələri bir az geniş salın siz.

Ordubaddır bağlarının cənnəti,Bu ad ilə bağlamışıq ülfəti,Dadan zaman burda hər bir nemətiAlarsınız ləzzətini balın, siz.

Tamaşadan gözüm doymur, nədəndi?Könlüm məgər ilqarından dönəndi?!Dolaşanda Sədərəki, Vənəndi?!Bağçalarda gəzin ayaqyalın siz.

Burda dastan kişilikdən, hünərdən,Burda nəğmə qızıl donlu səhərdən.Əgər bir gün ayrılsanız bu yerdən,Qəlbinizlə Naxçıvanda qalın siz!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets