Yam-yaşıl Bolqar göyləriniQartal kimi dolaşanVə yam-yastıBolqar dağlarının üstündən aşanyel atlıyel qanadlıtəyyarəmiz

Dostlar torpağına ayaq basdı.Günəş altındaYaqut kimi qızaranal bayraqlarŞəfəqlərə boyanmışdır.Onlan bir-birSeyr etdikcə mən,Sinəmin içindənbir səs gəlir:Torpaq oyanmışdır,insan oyanmışdır.

İşıq bol,hava şəffafdır.Dağlar ətəyindədir təyyarə düzü.Bizi hörmətlə qarşılayandostların gülər üzü.Əllərindəki çiçək kimi safdır,İşıq bol, hava şəffafdır.Düşmən üstünəİki cahandanhücum çəkərəkZəfər çalmış bir ordununƏsgərləri təkGörüşürük bizŞaddır, döyünür ürəklərimiz.Sən,Elə zənn etmə ki.Ahənrüba kimi birləşənSadə əllərimizdir.Yox, yox.Bu ülfətvə məhəbbətVətənin eşqilə alışıb-yananYanar dağlar kimialovları ərşə dayananəməllərimizdir,işıq bol,Hava şəffafdır.Dağlar ətəyindədir təyyarə düzüBizi hörmətlə qarşılayanDostların üzüƏllərindəki çiçəklər kimi safdırişıq bol,hava şəffafdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets