Mənimlə mehriban yarım nədən namehriban oldu?
Mənimlə mehriban yarım nədən namehriban oldu?Uyub biganəyə öz aşiqindən bədgüman oldu.
İki canan sevən məhparələr neyçin xəyal etməz?Ki, Züleyxa Yusifin eşqiylə rüsvayi-cahan oldu?
Həyatın ləzzətindən bivəfalar zövqsüz qalmış,Vəfasız olduğundan bülbülə gül bağrıqan oldu.
İki bülbül sevən gül görməmişdim ömr bağında,Özüm gördüm, mənə indi bu, dərsi-imtahan oldu.
Nə məndən əl çəkir ol gül, nə öz istəkli yarından,Bu sirri mən düşündükcə bahar ömrüm xəzan oldu.
Məhəbbət aləmi bir başqa aləmmiş, təbiət dəQəribə bir müəmmadır, mənə indi əyan oldu.
Xəta etdim, könül verdim vəfasız nazənin yarə,Bu cüzi eşqimiz, Vahid, dönüb bir dasitan oldu.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-menimle-mehriban-yarim-neden-namehriban-oldu
Use ← → keys to move, R for a random poem
More by this author
Zülfün kimi, ey gül, nə ətirli nəfəsin var!Yoxsa bu lətafətlə can almaq həvəsin var?
Bir bilmədim, ol afəti-candan nə xəbər var?Bir bilmədim, ol afəti-candan nə xəbər var?Məcnuna o Leylayi-zamandan nə xəbər var?
Bilsən sənə, ey gül, nə qədər hörmətimiz varBilsən sənə, ey gül, nə qədər hörmətimiz var,Bir gün yetərik vəslə, əgər qismətimiz var.
Canın istər, ol deyil aşiq ki, canandan keçərCanın istər, ol deyil aşiq ki, canandan keçər,Aşiq oldur, mən kimi canan üçün candan keçər.