Yarım tökəndə gül üzə zülfi-siyahini,Sandım ki, gizlədib fələk əbr içrə mahini.

Gər görsə bağban o məhin zülfü ruyini,Ta ömrü var, xəzanə verər gül giyahini.

Gəlsin, cəmali-dilbərimə eyləsin nəzər,Kim görməyibsə sənəti-feyzi-ilahini.

Səyyadlar dalınca düşüb, həsrətin çəkər,Görsə nigarımın əgər ahu nigahini.

Bihudə sanma, naleyi-üşşaqdan saqın,Ey məh, yetirmə göylərə üşşaqin ahini.

Hər gün düşüb ayaqlarına gün bu şövqlə,Bəlkə olur ki, bir gün öpə xaki-rahini.

Vahid qapında olsa müqəssir, ümidi var,Bir lütf ilə özün keçəcəksən günahini.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love