Qəm çəkmə, ey könül, yenə canan sevir səni,Dərdindən öldüyün güli-xəndan sevir səni.

Zalım fələk qoyarmı səni vəslə yetməyə,Çox da o canalan, o gözəl can sevir səni.

Hər bir sözü müvəqqətidir nazəninlərin,Aldanma, gərçi ol məhi-taban sevir səni!

Batdı rəqib ömr uzunu qarə günlərə,Ol sərv boylu, zülfi-pərişan sevir səni.

Ceyran dalınca düşsə bir ovçu, əcəb deyil,Yüzlərcə ovçu, yüz quzu ceyran sevir səni.

Xəlq eyləyəndə səhv deyil, tanrı gər desəm,Olmuş camalına özü heyran, sevir səni.

Vahid, cəhənnəm, istəməsin qoy rəqiblər,Sən fəxr qıl ki, Azərbaycan sevir səni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love