Bəxtiyar aşiq odur ki, onu cananı sevir,Binəva bülbülünü, öz güli-xəndanı sevir.

Mən o zülfün azı yüz dəfə bəlasın çəkdim,Dəli könlüm yenə ol zülfi-pərişanı sevir.

Etibar olmaz özün göstərən aşiqlərdə,Əhsən ol aşiqə cananını pünhanı sevir!

Əsri-hazırkı gözəllikləri görmür zahid,İndi də cəhlini gör, rövzeyi-rizvanı sevir.

Sevirəm mən o nəzakətli gözəl dilbəri ki,Musiqi elmini, rəssamı, qəzəlxanı sevir.

Pir könlüm gəlir ilhamə görərkən hərdən,Bir nəcabətli gözəl qız gözəl oğlanı sevir.

Vahidin ovçuluğu olsa da, insafı da var,Öz kəməndinə düçar etdiyi ceyranı sevir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love