Olsun
Gözəlim, pərişan etmə zülfünü,Günəştək gül üzün qoy aşkar olsun,Ellər camalını görməyə gəlsin,Dost-aşna sevinsin, düşmən xar olsun!
Nəğmələr yüksəlsin kaşanələrdən,Badələr süzülsün peymanələrdən,Qalmasın bir əsər biganələrdən,Elimiz, günümüz bəxtiyar olsun!
Ürəkdən sevirəm, sevgilim, səni,Tale bizimlədir, əzdik düşməni.Can kimi qoruyaq əziz vətəni,Tarixlər boyunca yadigar olsun!
Səadət yolunda biz candan keçdik,Bu günün eşqinə badələr içdik.Vətəni istəyən oğullar seçdik,Onlar yurdumuza havadar olsun!
Yaymalı hər yana bu şad xəbəri,Seçmişik birinci böyük rəhbəri.Dönsün gülüstana sovet elləri,Arzumuz dünyada payidar olsun!
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-olsun
Use ← → keys to move, R for a random poem
More by this author
Aşiqəm hüsnünə, ey gül, deyiləm biganə,Yanıram atəşi-eşqə, necə bir pərvanə.
Zülm qılma, gözəlim, rəhm elə, gəldim canəZülm qılma, gözəlim, rəhm elə, gəldim canə,Ürəyim dərdi-fəraqinlə dönübdür qanə.
O gül ki, naz qılardı məni-pərişanəO gül ki, naz qılardı məni-pərişanə,Mən indi naz edirəm ol gülüzlü cananə.
Salıbdı fitnə iki gözlərin cəhanə yenəVaqifSalıbdı fitnə iki gözlərin cəhanə yenə,
Poems by other poets · Love
Bir nigarı istərəm aləmlərin əlasıdır,Rüzgarın bağı icrə növguli-rənasıdır,
Əlhəmdülillah, fikrimdir AllahƏlhəmdülillah, fikrimdir Allah,Fikrimdir Allah, əlhəmdülillah.
Təcnis: Kəlbin olub yaslanmışam dərdə yarKəlbin olub yaslanmışam dərdə yar,Bir kərə bizi çağırmazsan ayla,
Bir tuluq“O mələkzadətıi mütləq sevirəm”.*Xalidbəy Səbribəyzadə**