Aşiqəm hüsnünə, ey gül, deyiləm biganə,Yanıram atəşi-eşqə, necə bir pərvanə.

Demədim bir kəsə zülfündə əsir oldüğümü,İstərəm, sirrimə yol tapmaya hər divanə.

Nə cəfa çəksə vəfa əhli, bəladan qaçmaz,Rəhmət ol kəslərə, hər dərdə dözüb mərdanə.

Zairi-kuyin olan cənnətə rəğbət qılmaz,Aşiqi-vəslin olan meyl eləməz rizvanə.

Qəlbimin şişəsi zövqi-meyi-eşqinlə dolub,Unudarmı səni, şövqündə olan məstanə?

Ləblərin badə müzürr olduğun öyrətdi mənə,Uduzub əqlimi mey, zail edir peymanə.

Vahid, aydındır, uzatmaq nə gərək məsələni,Xalq xoşlanmaz, əgər olsa uzun əfsanə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love