Dumanlı dağların başında durdum,Dumandan özümə bir xeymə qurdum.Keçdi xəyalımdan o gözəl yurdum,Dumanlar başımda duman göründü.

Gəmimiz Suxuma çatan çağında,Hiddətli dalğalar yatan çağında,Günəşin üfüqdə batan çağında,Sahillər qarşımda ümman göründü.

Qara dəniz kimi eşqimlə coşdum,Xülyalar içində sanki bihuşdum,Vətən arzusilə nəğmələr qoşdum,Tufanlar gözümə dastan göründü.

Dünyalar cəzb edən bu xoş mənzərə,Şövqümü artırdı gözəl Xəzərə,Çarpdıqca vətənim, elim nəzərəTəbiət də mənə heyran göründü.

Deyirlər, bülbülə çəmən yaxşıdır,İnsana laləzar Vətən yaxşıdır.Vahid! Sorma, Vətən nədən yaxşıdır,Adı gəlcək könlüm göründü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring