O gül ki, naz qılardı məni-pərişanə,Mən indi naz edirəm ol gülüzlü cananə.

Bu eşq aləmini eşqə düşməyən bilməz,Bilərmi, yanmasa şəmin şərəfni pərvanə?

Məni əsir eləmişdi o şux leylivəşim,Dönüb o indi olub eşqim ilə divanə.

Vəfasız olmağını bundan ol gülün bilirəm,Əziz olub ona məndən, nədənsə, biganə.

Nə eylə talibəm, ol dilbərin vüsalinə mənKi, səbr edim, dözüm, əlbəttə, dərdi-hicranə.

Nə Yusifəm, nə də ki, sevdiyim Züleyxadır,Əsir edib məni salsın sitəmlə zindanə.

Cahanda bəsdi mənə, Vahidəm, bir öz yarım,Behişt içində gözüm yoxdu hurü qılmanə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love