Səhər ki, badədən aldı üzün bu rəngilə tab,Şəfəq utandı, günəş ruyi üstə çəkdi niqab,

Məhəbbət əhlinə verdi o zövqi qəmzə ilə,O yar gözlərinin təsirilə axdı şərab.

Cahanda şöhrət alıbdır ətirdə Çin mişki,Onun saçı bu sözə qıvrılıb da verdi cavab.

O gülüzar vüsali xəyalə gəldikdə,Nədənsə gözlərimi bağladı bu yersiz xab,

Tükəndi səbrü qərarım vüsali-eşqində,Ürək bu intizarə necə səbr edib gətirsin tab?!

Zavallı könlüm onun zülfü içrə bəndə düşüb,Nə qədər axtarıram tapmıram, olub nayab.

Maqta — the closing couplet bearing the poet’s pen name. Şikayət etməyirəm eşqdən bir an, Qüdsi,Üfürdüyücə odu şələlər edər portab.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love