Ceyranım
İntizarın üzdü, bir insaf eylə,Qıyma cavan ömrüm sola, ceyranım.Bağladın könlümü sən şirin dillə,Bəsdi, çəkmə məni ala, ceyranım.
Qaşların özündən sürməli imiş,Hüsnün nə əcəb görməli imiş.Gözlərinə ömür verməli imiş,Dodaqların bənzər bala, ceyranım.
Eşqindən dəliyəm, peymanın bumu?İzin ver boynuna salım qolumu.Təmiz ilqarına bağlı arzumu,Qoyma ürəyimdə qala, ceyranım.
Vurğunam ilk gündən ay camalına,Kimsə çata bilməz, yar kamalına.Yetir Məmmədhüseyni xoş vüsalına,Salma onu qilü-qala, ceyranım.
Kitabxana.az · https://kitabxana.az/en/works/sair-memmedhuseyn-ceyranim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Yarəb, nə nur imiş ki, məni yaxdı narına,Yarəb, nə zat imiş ki, məni çəkdi darına?
Bizümle muhkem idersen karârıBizümle muhkem idersen karârıTağıt lutf eyle zülf-i bî-karârı
Söz səndənNazlı dilbər, gəl ixtilat eyləyək,Sazı məndən, simi məndən, söz səndən.
می شود دل مضطرب چون گریه ام زور آوردناخدا را شور دریا بر سر شور آورد