Hər il bu bayramın adı gələndəAl geyib bəzənir bizim Vətən də.O gün izdihama qarışıb mən dəQəlbimin qanıyla şeir yazıram,Bu şərətli günə mən də hazıram.Bir gün silahlandı işçinin əli,Yıxıldı dünyanın əski təməli.Alıb dalğalara beynəlmiləli,Sahillər boyunca oxudu Neva,Yerin qüvvətindən titrədi hava.Sibir çöllərində zəncir səsləriLal olub, ötmədi o gündən bəri;Lenin - inqilabın böyük rəhbəriSöylədi əmr ilə "bu gün" sözünü,Zaman ayırmadı bizdən özünü.O vaxtdan bəriyə onaltı ildir,Dünya o əvvəlki dünya deyildir.Mənim sözlərimi cahana bildir:Yurdumun bu əziz, şanlı günündəQızarsın od kimi, rəngi günün də!Kimdir əbasının altda ağlayan,Yaslı gəlin kimi qara bağlayan?Görsün, sular kimi coşub çağlayanBu qızıl bayraqlı gənc nəslimizi,Dənizlər arxası tanısın bizi...Bu əsgər, bu yürüş, bu hündürboy at,Bu üstü yazılı rəngli plakat,Bu daşqın həyəcan, bu qaynar həyatİnsanın fikrini alıb gəzdirir,Hər biri şeirdir sayılsa bir-bir.Bir su kənarında şəhərdən uzaqDağların qoynunda o şənliyə bax!Kolxozçu yoldaşlar günəşdən qabaqDurub qarşılayır bu böyük günü,Aşıqlar da çalır öz gördüyünü.Könül havalanıb gəzir dağları,Sinəmdən getməyir elin ilqarı.Bir də o yerləri görsəydim barıDeyərdim onlara şerimi özüm,Onda yaşarardı şadlıqdan gözüm.Deyirlər bu ilin məhsulu çoxdur;O gördüyüm kənddə dilənçi yoxdur;Əlimiz işdədir, gözümüz toxdur.Bu xəbər ölkəmin zəfər səsidir,Bu şanlı bayramın hədiyyəsidir.Yenə də qışqırır yoldaş Lökbatan,Bütün torpağında, daşında fantan;Günəşə yüksələn, ulduza qalxanSağlam insanların intuziazmıDağlardan alçaqmı, sulardan azmı?Bu hal düşündürur qan düşmanı,Başına sıçrayır qəlbinin qanı;Qoy külə döndərsin gendən baxanıƏtəkli çöllərdə ağaran dəniz;O canlı sənəti görə bilsəniz!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets