Onu görürkən
Alovlan, ey könül, yenə alovlan!Bu gün lap dəyişib o günkü canan.Dilbərin yorulub səyahətindən,Düşübdür o keçən təravətindən.Bir zaman o pəri yalnız yaşardı,Quş kimi sıldırım dağlar aşardı.İndi bükülmşdür böylə tez beli,Sığal verilməyən o qumral teliTarimar görürəm… Bu bəsdir mana,Ey məni tərk edən, qal yana-yana!
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-onu-gorurken
Use ← → keys to move, R for a random poem
More by this author
Salam, dostum
Nə qədər şirindir ömrün günləri,İnsan yaşadıqca yaşamaq istər.
Gələcəyin toy-bayramıBu gün-sabah al geyəcək təbiətin ilk baharı.Yenə qönçə tutacaqdır könüllərin arzuları.
İlham pərisiSənin həyat dəftərindən nə dövranlar gəlib keçdi,Sənin sənət bulağından neçə nəsil şərbət içdi!..
Mənə belə söyləyirlərGörüb tanış olmadığım,Qayğısına qalmadığım