Nə qədər şirindir ömrün günləri,İnsan yaşadıqca yaşamaq istər.Vətən torpağında doğan hər səhər —O dağ lalələri, səhra gülləriYaşamaq şirindir deyir hər zaman;Yaşamaq eşqilə yaradır insan!

Ancaq zaman-zaman vaxtsız ölümlərDöyür qapıları qurban istəyir.Bəzən açılmadan solur min hünər,Ölüm qəh-qəh çəkir, "güclüyəm" — deyir!

Ölüm söylədiyim o xain iblisBir düşmən yaranmış gözəl varlığa;Ölümü öldürsün qoy əllərimiz,O, qılınc çəkməsin bəxtiyarlığa!

Sən həyat dostusan, ellər zinəti!İnsanlıq eşqidir sinəndə yanan.O saf qəlbindəki pak məhəbbətiBir vaxt laylasında çalmışdır anan!

Açıq alnındakı o sadə vüqarBizim babalardan bir yadigardır.Doğru söz, düz ilqar, bir də etibar —Qəlbində müqəddəs bir dünya vardır.Yuxusuz gecələr çox keçirmisən,Üzündən şövq almış xəstəxanalar.

Ölümdən insanı qaytardıqca sən,Gözünün yaşını silən analarXeyir-dua demiş sənə hər zaman.Yaxşılıq çıxmayır dünyada yaddan!

Eşqin şərbətini hələ içmədənÖlüm yatağına düşən bir pəriŞikayət etdikcə öz taleyindən,Səndəki o həssas Loğman əlləriOna can vermişdir, ey mahir ustad!Yaşasın məhəbbət, yaşasın həyat!..

Sənin hünərinlə ncço qəhrəmanƏsgər paltarını geymiş yenidən.Qılınc qurşamışdır neçə pəhləvan,Baxıb öz oğluna sevinmiş Vətən.Sevinmiş anamız — Odlar ölkəsi,Səni alqışlamış min qəlbin səsi!..

Dostum! Şöhrətinlə fəxr edirik biz,Bizə çox görməsin səni təbiət!Yaşasın, yaratsın nəsillərimiz…Elmin şərəfinə yazılan qüdrətVətən torpağında bir çıraq olsun,Yaradan insanın üzü ağ olsun!

Sən də bilirsən ki. əzəldən bəriDahilər yurdudur ana Vətənim.Safdır, müqəddəsdir pak əməllərin;Bu böyük səadət haqqımdır mənim!Bizə döşlərindən süd verən anaBizi tapşırmışdır Azərbaycana!

Yarış meydanıdır əzəldən aləm,Görüm büdrəməsin sürdüyümüz at…Bir ölməz şölırətdir cahanda qələm.Qələmlə qurulur ən böyük büsat!Diləyim budur ki, hər gecə, hər gün.Sənin qələmindən inci tökülsün!

Bir şair sözünü yadında saxla.Bil ki, bu dünyada hünər qalacaq…Elmin qüdrətilə yüz kitab bağla!Ellər öz dərsini ondan alacaq…Var olsun kamalın, bir də qüdrətin.Gül açsın daim saf məhəbbətin!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death