Dağ döşündən qoca qartal,Göy üzünə nəzər saldı.Onun qanı coşdu dərhal,Bir qıy vurub qanad çaldı.

Uçdu qartal iftixarla,Bir ox kimi süzüb getdi.Göydən yerə o vüqarla,Baxıb-baxıb gözdən itdi.

Hava döndü, qopdu külək.Göyün üzü lap qaraldı.Qartal göylə əlləşərəkQanadından lələk saldı.

Əl çəkmədi dəli rüzgar.Qamçıladı o qartalı.Çaxnaşdıqca ağ buludlar,Guruldadı göy qavalı.

Çox əlləşdi o bir zaman,Buludlan aşsın deyə.Sinəsindən açıldı qan,Son dəfəcik mavi göyə.

O həsrətlə baxıb yenə.Bir daş kimi yerə düşdü.Qurban oldu öz eşqinə,Nəcib ruhu göyə uçdu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets