Çökərkən axşamın qaranlıqlarıGözümdə bir qara bulud dolaşar.Sənsiz xərab olan yazıq ömrümünHər dəqiqəsində bir ölüm yaşar.

Fəqət sən vüqarlı, süzgün bir gözlə,İncidirsən məni cürbəcür sözlə;Unutma, qarışar gecə gündüzlə,O zaman ulduzlar, aylar sayrışar.

Nədir bu cəlalın, bu qiyamətin?Nə qədər zalımsan, yox ədalətin.Xəyalı güldürən o xoş qamətin,İnan ki, şairə, şerə yaraşar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets