Deyirlər Şəkinin bu yaxın dağıBəsləmiş bir maral-hər qəlbə yağı.Üçüncü gündür ki, aldım sorağı,Bulacaq dərdimə bir çarə bəlkə…

Əyilsin səcdənə ulduzlar, aylar,Əskimiş məbədlər, yeni saraylar.Bir qərib könül var, səni haraylar,Əlindən sağala bu yarə bəlkə.

Nə deyim! Böylədir əzəldən işim,Gözəllik yoludur mənim gedişim.Ağarsa saçlarım, tökülsə dişim,İstərəm yetişəm o yarə, bəlkə…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets