İllər, qərinələr keçirsə aləm
İllər, qərinələr keçirsə aləm,Yadımda saxlaram hər zaman səni.Dərdimi bilməyən varmı bir adəm?Bu bir həqiqət ki, sevdi can səni.Dün öylə gedirdin ahəstə, rəvan,Bulandı su kimi gözlərimdə qan,Bir mənim başıma gəlmədi hicran,Kim basdı bağrına canhacan səni?..O axşam, röyada gəzişə çıxdım,Aramızı vuran bir evi yıxdım...Titrəyə-titrəyə əlini sıxdım,Baxdım, zəhərləmiş o ilan səni...Baxırdın, sevdiyim, sən məlul-məlul,Çırpınar, gülərkən sevdalı ilul.Bağırdım gülərək... ey ləkəli dul!..Məndən başqa sevməz bir insan səni!
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-iller-qerineler-kecirse-alem
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Gözləriniz aydın olsun,Gəlibdi yarın kağızı.
Üzmə məniYaş ötür, gözəl qız, həyat şirindir,Məhəbbət ondan da qat-qat şirindir.
Ey büti-tutizəban, gəl ki, məqalın istərəmEy büti-tutizəban, gəl ki, məqalın istərəm,Təşneyi-didarinəm, abi-zülalın istərəm.
Məni bir qaşı kəman oxladı müjganı iləMəni bir qaşı kəman oxladı müjganı ilə,Atdı bir ox ki yarar könlümü peykanı ilə.