Üzmə məni
Yaş ötür, gözəl qız, həyat şirindir,Məhəbbət ondan da qat-qat şirindir.Uzat şümşad əllərini.Mənsiz keçən günləriniSapa düzmə, yar.
Duman tül saldıqca kolların üstə,Hər səhər keçdiyin yolların üstə.Bulaq olub süzülmüşəm,Çiçək kimi düzülmüşəm,Məni üzmə, yar.
Çıxanda seyrinə yaşıl düzlərin,Güləndə sənin o ülkər gözlərin.Təmiz eşqim güzgün olar,Sənsiz bir gün yüz gün olar,Ayrı gəzmə, yar.
Kitabxana.az · https://kitabxana.az/en/works/islam-seferli-uzme-meni
Use ← → keys to move, R for a random poem