Sevgilim, könlümün sazını dindir,Onsuz da həyatım, eşqim sənindir.Ah... gülüm, incitmə məni,Gözəlim, ürəkdən sevirəm səni.Gəl qoşa seyr edək bağı, çəməni.

NəqarətMuradım sənsən, gülüm,Qanadım sənsən.Həyatım sənsən,Sevdim səni, gözəl yar, sevdim ürəkdən,Çələng hördüm başına güldən, çiçəkdən,Gözəl yarım.Ah...

Ömrümüz çiçəkli bahara bənzər,Eşqimiz əbədi gülzara bənzər.Gəl, yarım,yaxın gəl, gözəl,Yaşadaq bu şirin duyğuları biz,Birləşsin çırpınan azad qəlbimiz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love