Azad ilham
Ey azad ilhamım, gülər üzünləSəhərin rəngini seyrə dalanda,Bülün kainatı gəzdir özünləKiçik bir zərrədən ilham alanda!..Doğra buludların bağrını qat-qat!Kim deyir gecələr bizə qəfəsdir?Daima qısqanan ürkək bir həyat,Məncə, bu dünyada bir quru səsdir!Sən, azad ilhamım, baş götürüb gəz,Əngin üfuqlərə şığıyıb, yol al!Əzəldən belədir: geriyə dönməzAtılan bir güllə, uçan bir xəyal.İnsan, deyirlər ki, çiy süd əməndir...Utansın dünyada qədir bilməyən!Mənim ki, oylağım göydür, çəməndir.Gəlməsin yanıma deyib gülməyən!Sən, azad ilhamım, nə bəxtiyarsan!Taleyim, hünərim güvənir sənə.Nə qədər dünyada varamsa, varsan,Ömür çox görməsin bu haqqı mənə!Nəsimi zahidlə durdu üz-üzə,Söylədi: haqq adlı bir divan quraq;Atdı pəncəsini gecə gündüzə,Boğdu həqiqəti sadə fırıldaq...Zahidin barmağın kəssəniz əgər,Tanrı dediyinə arxa döndərər...Bu miskin aşiqə baxın da bir az,Diri soyulsa da dözər, ağrımaz.Sən ey ülkərimiz, sönməz sənətkar!Əsrlər boyunu gördü gözlərin;Tarixlər boyunca qaldı yadigarÖlməz fikirlərin, ölməz sözlərin!..Füzuli doymadı göz yaşlarından,Açdı qapısını səhər yelləri.İncidi ən yaxın sirdaşlarından,Ağlayıb, ağlatdı bizim elləri;Ağarmış saçında, saqqalında qış...Asiman dolandı şikayətindən,Karvanı dərd adlı səhrada qalmışLeylinin, Məcnunun hekayətindən.Gətir xatirinə Vaqifi bu dəm.Qırıldı qəlbində bir yurdun sazıAğladı ardınca gözlərində nəmUçan durnaların küskün avazı.Gərdi sinəsini o, fars dilinə,Haykırdı türk dili, türk şeri gərək!Bir yeni can verdi doğma elinə,Üfüqdən üfüqə qanad gərərək...Yazıq! Nəğməkarın ürək nğməsiDəydi şüşə kimi, daş ürəklərə,Böyük bir insanın boğuldu səsi,Ahmı əks etdi min dağ, min dərə.Sən ey şerimizin, ana şairi!O tərlan xəyallı, sona şairi!Mən səni duyduqca qəmlər yeyirəm,Sonra öz-özümə dönb deyirəm:Ey azad ilhamım, nə bəxtiyarsan!Taleyim, hünərim güvənir sənə!Nə qədər dünyada varamsa, varsan.Ömür çox görməsin bu haqqı mənə!Başımın üstündə nə yumruq durur,Nə hicran səsi var mənim sazımda;Nə qanun qoluma qandallar vurur,Nə göylər darıxır xoş avazımda.Budur, bax, qəlbimin axar qanınıİçirdim sənətə, dedilər: "Var ol!"O böyük Leninin al nişanınıTaxdı yaxasına şair-komsomolSən, azad ilhamım, o gündən bəri,Qarlı buludların üstdən aşırsan.Uçan durnalarla gəzib göyləri,Onlarla səs-səsə qaqqıldaşırsan.Səninlə çıxmışam ağ günə, inan!Adını laylada desin analar;Bir səs qulağıma gəlir hər zaman:Sənin dostun da var, düşmənin də var.İldırım baxişlı gözlərinlə süzHəyatda milçəkdən fil yapanları!..Odlu kəlmələrin atəşinə düzAğızdan qurd kimi söz qapanları.Hər sözü-söhbəti başından yekə"Alim" adamların gözünə düz bax!Namuslu oğlunu sevən bir ölkəGələcək günlərdən utanmayacaq!..Qamçıla, üzünün rəngi bozarmışO çirkin keçmişin son "vüqarını",Sən onun üstündə boranlı bir qışGücilə şaqqıldat qanadlarını.Qamçıla, gündə bir cildə bürünən,Onluq mantlayan qara tuzları...Bizimlə getməyən, fəqət sürünənVəzifə düşkünü o dəyyusları!Budur, dövrəmizdə daima "heyhat!" –Deyib bu dünyadan keçənlər də var.Meyxana küncündə səadət, həyatEşqinə on gecə içənlər də var.Elin tərəfindən, xalqın adındanSimsiz taxtaları çalandan danış!Söhbəti işvədən, meydən, qadından,Özgənin fikrini çalandan danış!Sən azad ilhamım, məni danla ki:"Şairim, hünərin, sənətin hanı?"Sən də birdəfəlik bunu anla ki:"Mənim düşmanımdır elin düşmanı!"Sən azad ilhamım, baş götürüb gəz!Əngin üfüqlərə şığıyıb, yol al!Əzəldən belədir: geriyə dönməzAtılan bir güllə, uçan bir xəyal.Ey günəş, ey bulud, girin qoynuma!Bu saf təbiətə mehribanam mən;Sevgilim, qolumu dola boynuma,Kəlmələr od kimi düşsün dilimdən.Kaman qaşlarını çatma, günəşim,Min sızıltı qopar dost ürəyindən!Dərin dəryalara batma, günəşim,Əzəldən düşmanam qaranlığa mən!..Məqsədim olmamış bir parça çörək,Mənim sənətim var, alın tərim var.Bayronu yarışa çağıram gərək,Sinəmdə ağ qalan bir dəftərim var.Bəşərdir torpağın, göyün təməli,Bəşərsiz günəş də yerə alçalır.Könüldür sənətin ölməz əməli,Hər simin üstündə bir aləm çalır.Mən ki, qaranlıqdan, qəfəsdən uzaqKönüllər yolçusu azad bir quşam.Sən ey kinlibaxış, tənəni burax,Mən öz zəhmətimlə azad olmuşam!Mən ki, əllərimi dünyadan üzüb,Demədim: "Bir sıfır yazılsın adım",Çayl Harold kimi insandan küsüb,Vətən torpağilə vidalaşmadım.Kim keçər bu yerin daşından, deyin?!Vətəndən ayrılar hansı şərəfsiz?A dostlar, günəşdən bir paltar geyin,Könül xallar vurur bəzənəndə siz!Ey bizim çəmənin sirdaşı quşlar,Çiçəkdən çiçəyə uçuşun siz də!Saatlar, əsrlər azad olmuşlarBizim bu sosialist Vətənimizdə!Ey çaylar üstündə süzən sonalar,Daşlara dəyməsin bir tükünüz də!Siz ey yeddisini doğan analar,Cəbhəda bir durur oğlan da, qız da!Siz ey bağçalarda yatan uşaqlar,Səadət tökülür xoş üzünüzdən!Sizinlə şənlənir bağçalar, bağlar,Analar zövq alır gülüşünüzdən.Ətir saç aləmə, sən ey qönçə gül!Öpüb yarpağını, dənləyim bir-bir;Səhər nəğməsini bağçada bülbülMənim nəfəsimdən, məndən öyrənir.Sən ey bu torpağın qızı, gəlini,Utanma gül açan yanaqlarından!Hər səhər günəşə uzat əlini,Qüvvət əm günəşin dodaqlarından!Sən ey şehli səhər, ey sakit axşam!Qəlbi düşündürən hansı səbəbdir?Fəzaya gün kimi, ay kimi axsam,Torpaq inciməsin... Bu bir tələbdir...Ey ana torpağı, gözlərin aydın!Uzaqda səslənir indi zülümlər...Ağ günlü bayrağım, sən olmasaydın,Açardı qapımı vaxtsız ölümlər.Silahlı qardaşım, sərhəd boyunca,Atıcı gözlərin qızılquş olsun!Oxşasın boyunu anam doyunca,Dünyanın son adı qurtuluş olsun!
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-azad-ilham
Use ← → keys to move, R for a random poem
More by this author
Meysiz, məzəsiz can ilə canan ola bilməz!Sevda dediyin hər kəsə meydan ola bilməz!
Əgər səndən dönər isəm, nəsibim ahu-zar olsunƏgər səndən dönər isəm, nəsibim ahu-zar olsun!Baharım qar tökən qışlar, açılmaz bir diyar olsun!
Mefistofel, yaxud dost cildində düşmənMefistofel! Mefistofel! Səni ölmüş sanırdıq biz,Fəqət sağsan, "əfv elə" ki, görməmişdir gözlərimiz.
Kamala yetəkGəl ana torpağım! Gəl məni dinlə,Mən sənin qəlbindən qopan bir səsəm.
Poems by other poets
Qaranlıq çökübdür, qar, yağış yağırHəyatın yükü ah, ağırdır, ağır.
OlmuşEy bivəfa, qədir bilməz dilbərim,Şikayətim səndən bir kitab olmuş.
Gəraylı: Ala gözlü nazlı dilbərAla gözlü nazlı dilbər,Vaxtın keçər demədimmi,
Ayrıla bilmərəmGah şəfəq düşübdür üstümə, gah çən,Bir sözdən ürəyim sınıbdır bəzən.