Düyünlü dağları kökündən vuranƏmək cəbhəsində amansız duran,Əqrəbli çöllərdə bağ-bostan quran,Zəhməti güldürən sənət olacaq.

Azəri yurdunun zəhmətkeş oğlu,Ürəyi sevinclə, ümidlə dolu,Çəlikdən duruşu, dəmirdən qolu,Zəhməti güldürən sənət olacaq.

Ey göylər suları, sən boşalma, dol!Tutduğun çiçəkli, reyhanlı bu yol,Hər qəlbə sevinclər vəd edər bol-bol,Zəhməti güldürən sənət olacaq!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring