Yenə gördüm səni, Dilcan dərəsi,Yadıma çox köhnə zamanlar gəlir.Ömür dedikləri bir karvan yolu,Nə canlar gedərək, nə canlar gəlir.

Fələklər yaratmış bu yeri cənnət –Desəm, çox münasib həqqindir əlbət.Səndə var doğruluq, var səmimiyyət,O ibrət bağrına loğmanlar gəlir.

Yazda gülümsərkən bütün kainat,Sən də bəzənərsən açarsan qanad;………………………………Hər axşam səcdənə dumanlar gəlir.

Qaşlar yarılanda günün telindən,Əmərsən dağların qarlı selindən.Sənə qonşu olan Qazax elindənVəfalı, vəfasız mehmanlar gəlir.

Yüksələr tar səsi hər eyvanından,Quşlar qanad salar keçsə yanından.Daşlar boyanmışdı bir gün qanından,Xəyalına qara dövranlar gəlir...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets