Önümdə tufan var, hazır olunuz,İgid Qafqazımın köhlən atları!Poladdan möhkəmdir sizin qolunuz,Quraq tərkinizdə pulemyotları!

Çılğın dühalar ki, hökm edər Qərbə,Səbəb olacaqdır bir geniş hərbəƏminəm, vurduğum bu sonku zərbəƏyəcək yüksələn o qanadları!..

Əyəcək bilirəm, məndədir qüvvət,Biriikdə can bulur hər qərib niyyət.Ey cəbini*Qərbin, sizdəsə, əlbət, Hikmətin ən qorxunc aparatları.

Məndə də möhtəşəm, əlçatmaz vüqar,Yediyi buz həmən, içdiyi də qar,Sağlam bir ölkənin möhkəm fikri var.Yarılsın nərəmdən dağın qatları!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets