Səbir
Ta gəlirik biz də bir az anlayaq, –Məhzəri-irfanda vurur tək səbir.Ya deyirik işləri samanlayaq, –Məclisi-ə’yanda1 vurur tək səbir.İstəyirik bir iş açaq filməsəl,Söyləşirik bir-iki il laəqəl,Ta deyilir pul verin, aşsın əməl, –Ölkədə, hər yanda vurur tək səbir.Yalxı bizi eyləməyib mübtəla:Səfheyi-Qafqazı tutub bu bəla;Qaxda, Qazaxda, Şəkidə bərməla,Şişədə, Şirvanda vurur tək səbir.Lakin o yerlərdə gedir, durmayır,Bir elə layiqli kələk qurmayır,Gəncədə derlərsə vurur, vurmayır,Oylə ki, Səlyanda vurur tək səbir.Andıra qalmış nə yaman səslənir!Söz deməyə vermir aman, səslənir!Ox atılır, sanki kaman səslənir!Sahəti-meydanda vurur tək səbir.Hərzə nə şura və nə məclis bilir,Nə düşünür yaxşı, nə bir pis bilir,Qorxmur, utanmır, nə də bir his bilir,Hücrədə, dükkanda vurur tək səbir…
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-sebir-ta-gelirik-biz-de-bir-az-anlayaq
Use ← → keys to move, R for a random poem
More by this author
Yasamaq istər isək sırf əvam olmalıyız!Atıb insanlıgı, bilcümlə həvam olmalıyız!
Adəmi adəm eyləyən paradırAdəmi adəm eyləyən paradır,Parasız adəmin üzü qaradır!
VERMİRƏM A!..VERMİRƏM A!..(“Mən ölüm, Molla, bizim Xankişinin qanına bax”)
Canın çıxsın! ("Canın çıxsın gözündən qanmayaydın!")Canın çıxsın gözündən qanmayaydın!Qanıb da hər işi odlanmayaydın!
Poems by other poets · Satire
(1)Niyə salmışsan, adə, bir belə boş qovğanı,
Eyləmə qəmEyləmə qəm, ey başı boş bambılı,Dümbəyi çal düşgilə meydane sən
SərxoşlarGəncə şəhəri və stasyonunda sərxoşlar gecə yoldan keçənləri rahat burakmıyorlar.*Əla ya əyyühəs-saqi dutub dünyanı sərxoşlar!
Gəldi “Babayi-Əmir...”Gəldi “Babayi-Əmir” işləri samanlasın,Fürsət ikən hər kişi öz işini anlasın.