Sərxoşlar
Gəncə şəhəri və stasyonunda sərxoşlar gecə yoldan keçənləri rahat burakmıyorlar.
Əla ya əyyühəs-saqi dutub dünyanı sərxoşlar!Buraxmaz çarşıdan keçsin gecə insanı sərxoşlar!
Olubdur məsti-layəqəl nə söylər hərzəvü-hədyan,Qadın görçək, şitab eylər ona canın edə qurban.Buna baş əgməsə hər kim, verərlər qətlinə fərman,Saat səkkiz olunca hər tutur meydanı sərxoşlar!
Bədəndə bir libas qoymaz, başında saxlamaz şapka,Ayaqda çəkmə yox, beldən açılmış sallanır toqqa.Qarın - qıpqırmızı - titrər hesab eylə tuluq, daqqa,Xəyal etməz cəza, qanun, nə də zindanı sərxoşlar!
Təsadüf etsə bir fayton o saat da əylədir hökmən,Səvar olsa sabahadək dəxi tərk eyləməz əldən.Kəsilmiş sərxoşa zorluq qəvilik ruzi-əvvəldən,Əlin tərpətməmiş gördün axıtmış qanı sərxoşlar!
Xəyali-eşq bir yandan, şərabın karı bir yandan,Ucaldıb sərxoşu etmiş müəzzəm bəyü sultandan.Çıxanda - seyr ilə cah-cəlalə - bir müdir yandan,Yataq etmiş tamamən kəndinə şantani sərxoşlar!Salarlar şəhrə tezliklə çaxır böhranı sərxoşlar!
"Şöhrət", 1926
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-serxoslar
Use ← → keys to move, R for a random poem
More by this author
Qızım Ədibəyə*Gecənin zülməti kainatdan çəkiləndə, üfüqdə ilk şüa əlamətləri görünəndə müəyyən etmək olmur ki, gecədir, ya gündüz, qaranlıqdır, ya işıq. Nəinki zaman, hətta məkan və şərait də məchul bir pərdə arxasında, sükunət içində görünür. Gecənin bu vaxtını yəqin ki, az adam izləyir, müşahidə edir. Bu, yuxunun ən şirin vaxtıdır, məxluq yatmış oluı. Ağır, üzücü işdən yorulan, əvvəl axşamın əsəbi, intizarlı saatlarından, fikir-xəyaldan yorulub sağa-sola dönən, çətinliklə yuxuya gedən adamları top səsi də oyada bilməz. Dünyanın ən xoş xəbəri, ən dəhşətli hadisələri, ən cazibəli tamaşası, ən vacib işləri də ağır yatanı oyada bilməz. Amma dünyada yarasına duz basılan elə nigaran adamlar da olur ki, ən şirin yuxunu özlərinə haram edir, müntəzir saat və dəqiqələri həsrətlə izləyir, gözləyirlər.
Mühazirəçi yoldaşımMüharibədən sonra bizim səfərlərimiz çoxalmışdır. Sovet mütəxəssisləri tez-tez müxtəlif ölkələrə çağırılırlar. Təkcə demokratik ölkələrə, müstəmləkə zəncirindən təzə qurtulmuş zəif respublikalara yox, Avropanın handa bir kapitalist mərkəzlərinə, handa bir elmi, texniki, nəzəri məsələlərin həllində məsləhətləşməyə, rəy eşitməyə, qonaqlığa, konsertə, lap müəllimliyə çağırırlar.Paris Sorbonn universitetindən dəvətnamə alanda mən güman etmişdim ki, yəqin fransız tələbələri bizdə ictimai elmlərin, marksizm-leninizm elmlərinin səviyyə və şöhrətini, bizim sahələr üzrə çalışan alimləri görüb-eşitmək istəyirlər. Bu da çox təbii arzu idi. Razılıq verməli idik. Yoldaşım Cavadzadə dəvətnaməsini mənə göstərəndə gördüm yox, fransız yoldaşlar yalnız ictimaiyyət yox, təbiət elmləri sahəsindəki nailiyyətlərimizlə də maraqlanırlar. Dahi sovet alimi akademik Pavlovun şərti reflekslər haqqındakı cahanşümul nəzəriyyəsi bühın dünyada ümumi maraq oyadıb və yarım əsrə yaxındır ki, hakim mövqe tutmuşdur.
Qoltuq radiosu– Hərif gəldi!– Lap bizə tərəf gəlir.
Yaxşı nədir, pis nədirBir zamanlar, sovet sənayesinin cavan, təcrübəsiz vaxtında, ölkədə yenilik, tikinti, quruculuq işlərinin gərgin olduğu illərdə sənaye mallarının bəziləri keyfiyyət cəhətdən alıcını təmin edə bilmirdi. Zavodlar çox məhsul buraxmaq, bütün əhalini təmin etmək üçün tələsir, keyfiyyətə bənd olmurdu.Mənim yadımdadır. Atam bir divar saatı almışdı, kəfgiri sallanır, səs eləyirdi, bəzən də yatırdı. Atamın da gündə bir saatı təmirə verməyə macalı, hövsələsi çatmırdı. Amma haradansa saatın azarını tapmışdı. Dayanan kimi kəfgirin kənarından ağır bir şey asırdı: köhnə çaynik, ütü, ya qaloş tayı!
Poems by other poets · Wine and the tavern
Sənə bu hüsn, xəyal eyləmə müdam qalır,Çəməndə hansı güli-tər ələddəvam qalır?!
ما را بلای عشق تو عمریست آشناستاز آشنا جدا شدن آشنا بلاست
SüsəniEy nəzakət çəməni içrə xuraman Süsəni,Xublıq kişvərinin təxtinə sultan Süsəni,
Qoyma gələ, saqiya, zahidi meyxanəyəQoyma gələ, saqiya, zahidi meyxanəyə,Dönməyə meyxanəmiz məscidi-viranəyə