Ana torpaq, ana torpaq!Dilə gəldi sazım yenə.Qoy eşqini varaq-varaqÜrəyimə yazım yenə...Sənin qoynun bir asiman –Dolanmağa xəyal gərək.Göylərini seyrə çıxanBir qocaman qartal gərək.Ana torpaq! Bəs bu adaMəni çəkən hikmət nədir?Sanıram ki, bu dünyadaSənsiz hər şey əfsanədir.Sənsiz keçən bircə günüNeçə min il sanaram mən.Sənsiz olsam, göy mülkünü,Yer şarını danaram mən.Ana torpaq, ana torpaq!Bir oğluyam doğma yerin,Arzularım qucaq-qucaq,Məhəbbətim daha dərin...Ana torpaq, küləklərinRübabımdır, avazımdır.Bu nəğməkar göy XəzərinÖmrüm boyu bir sazımdır.Sənin qoynun bir güllü yaz,Nələr yazım bu yaz haqda.Sənin eşqin vəsf olunmazBeş varaqda, on varaqda.

Hələ sənin qucağınıGəzməmişəm qarış-qarış.Hələ Ural fəhləsiyləŞer səsim yarışmamış.Hələ nəğməm oyatmayıbKoryakları Amur kimi.Qələmim də bərkiməmişTayqanın buz dağlarınıParçalayan dəmir kimi.Qara dəniz sahilindəQışda çiçək dərməmişəm.Ob üstündə xizək sürənNen qızını görməmişəm.Saxalində, KamçatkadaOlmamışam nə yaz, nə qış.Karpatların yaz yağışıSaçlarımı islatmamış.Çox elləri görməmişəm,Görməmişəm, bir də nə qəm,Bu torpağı çox sevirəm,Öz qəlbimdən, öz canımdan.Mənim könül həycanımdan,Volqanı duy, Kürü dinlə!Ana torpaq, körpəlikdənNəfəs aldım nəfəsinlə.Ana torpaq, mən sevirəm,Hər qışımı, hər yazımı.Mən sevirəm QafqazımıSüdəmər bir körpə uşaqAnasını sevən kimi.Mən sevirəm MuğanımıBala tərlan yuvasınısevən kimi.Ukraynanı görməsəm dəDnepri, Şevçenkonusevirəm mən.Arazımda NizamilərFüzulilər nəğməsi var.Volqamdasa Lermontovlar,Nekrasovlar nəfəsi var.Ana yer, sən sədəfli saz,Mən nə deyim bu saz haqda.Sənin eşqin vəsf olunmazBeş varaqda, on varaqda...Ana torpaq, qüdrətiniVəsf eləyən şair varmı?

Sənin dərya şeriyyətinBir ürəyə sığışarmı?Bülbül olsam, ömrüm boyuBağlarını dolanardım.Qartal olsam, başı qarlıDağlarını dolanardım.Külək olsam, çöllərininSaçlarını darayardım.Aranına od yağandaBir məsrəfə yarayardım.Günəş olsam, səndən ayrıAlışmazdım bir an belə.Bir damla da sayılmazdımSənsiz olsam ümman belə.Bulud olsam, hər düzünəBir coşğun çay bəxş edərdim.Öz eşqimi naxış-naxışHər daşına, hər qayananəqş edərdim.Şimşək olsam, dar günündəEnib yerdə çaxardım mən.Düşmənini bir andacaYandırardım, yaxardım mən.Şahin olsam, göylərindəYüz il, min il süzərdim mən.Sinənə nur səpmək üçünUlduzları qanadımadüzərdim mən.Yox, ana yer, qələmin dəÖz gücü var, öz adı var.Şerin, sözün şahinləriYoran xəyal qanadı var.Yox-yox, mənim söz tərlanımŞimşəklərlə ötüşəcək,Mənim şer yelkəniməDərya gərək, ümman gərək...Ana torpaq, əzəl gündənGül-çiçəkli yazım sənsən.Ömrüm boyu könül səsim,Bir də könül sazım sənsən.Ana torpaq, qüdrətiniVəsf eləyən şair varmı?Sənin dərya şeriyyətinBir ürəyə sığışarmı?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland