Şerim
Gənc qələm yoldaşlarıma.
Yaş ötüb, ayılıb görürsən bir vaxtHeç nə yazmamısan, ömür yarıdır.Alnına yazılan qırışlar ancaqÖmrünün şikayət misralarıdır...
Tələsik qələmi alırsan ələ,Ürək də titrəyir əllərin kimi.Lakin görünürsən Vətənə, eləSən də yazılmamış əsərin kimi.
Bəzən quşa dönür saat da, an da.Axşam gəzdiyini səhər tapırsan.Elə də olur ki, baxtın tutandaDaş axtaran yerdə gövhər tapırsan.
Kainat deyimmi mən şerə, sözə! –Onun min düyünü, min açarı var.Onu duya bilməz ondakı közəQəlbində köz töküb alışmayanlar.
Bəli, duy bunları, ey şair yoldaş,Səsini kəsməsin hər ötəri səs.Nəhrin qabağına atılan bir daş,Onun sürətini saxlaya bilməz!
Duy ki, tüğyanında boranın, qarınOdlu bir ürəklə yazan olubdur.Çox zaman nəşədən dəm vuranlarınƏsəri nəşələr pozan olubdur.
Söz gərək ox keçməz qayadan keçə,Yoxdursa sözünün kəsəri, – yazma,Özün sevməyincə, sevilməyincə,Özgədən məhəbbət əsəri yazma.
Eyb etməz uçuşda yıxılsan bir an,Təki deməsinlər qanadsız quşdur.Göyləri fəth edən bir ana tərlanKim deyir balaykən yıxılmamışdır.
Şerim, çox danışdım, deyəsən, bir az,Sən niyə susmusan, – danışan mənəm?Yox, şer ocağı alovsuz olmazAlışdıran sənsən, alışan mənəm.
Şerim, el sazında mizrab vur telə,Onsuz da ötəri ötən az deyil...Özləri dünyadan getməmiş hələAdları dünyadan gedən az deyil.
Elin nəfəsidir ən böyük əsər,Duysam da, özümü öyə bilmərəm.Yüz bülbül səsi də mənə versələr,Elsiz bir nəğməni deyə bilmərəm.
Şerim, şimşəklərdən qanad istə sən,Yerəsə insanın nəfəsiylə gəl.Dünyada bir damla olmaq istəsən,Dünyaya sən ümman həvəsiylə gəl.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-serim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Xoş olsun ol könül, eşqə məkandır,Var olsun ol fikir, eşqə həyandır.
QayıtdıBir nazənin huri mələk simalıGəldi, məni gördü, güldü, qayıtdı
QələmimQələmim seyr edib qəzali-qəzəl,Qurmamış bir fəzadə bir sənə dam.
Bu inam qəlbimdə işıq yandırırBir ana gözləyir yolumu mənim,Həsrətə dönmüşəm bir ana üçün.