Ey navəki-şövqin sipəri-sineyi-əhbab,Zülfün xəmi ərbabi-vəfa seydinə qüllab!

Mehrabdə şəkli-xəmi-əbruyi-lətifin,Vacib bu cəhətdən qamuya səcdeyi-mehrab.

Suzim der idim şəm’ sana eyləyə rövşən,Nəzzareyi-rüxsarına yox şəm’də həm tab.

Xurşid cəmalından ol ay saldı niqabın,Sübh oldu, dur ey bəxt, nədir munca şəkərxab?

Dün sübh yetirdim fələkə mövci-sirişkim,Qərq etdi fələk üzrə olan əncümü girdab.

Saqi məgər ol lə’l sözün der meyi-nabəKim, düşdü əyağinə, əlin öpdü meyi-nab?!

Maqta — the closing couplet bearing the poet’s pen name. Cəm’iyyəti-əsbabə könül vermə, FüzuliKim, təfriqədir xatirə cəm’iyyəti-əsbab

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love