Sübh çəkmiş çərxə, çalmış daşə tiğin afitab
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Sübh çəkmiş çərxə, çalmış daşə tiğin afitab,Zahir etmiş ol məhi-dəllakə eyni-intisab.
Dəmbədəm təhriki-tiğindən bulur başlar səfa,Öylə kim, su mövc urub zahir qılır hər dəm hübab.
Hər səri-muyimdə bir baş olsa muyi-sər kimi,Kəssə varın, tiği-xunrizindən etmən ictinab.
Kəşfi-əsrari-məlamət cövhəri-tiğindədirKim, alır başlardakı sevda cəmalından niqab.
Qüssəsindən başımın qıl kimi incəlmiş tənimKim, tənimlə tiği ortasında başimdir hicab.
Tiği-çapük seyrinə ahuyi-Çin dersəm nola,Seyr qıldıqca tökər səhrayi-Çinə mişki-nab.
Maqta — the closing couplet bearing the poet’s pen name. Muyi-jülidəmlə tiğindən ümidim kəsməzəm,Ey Füzuli, xali olmaz bərqi-lame’dən səhab!
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-subh-cekmis-cerxe-calmis-dase-tigin-afitab
Use ← → keys to move, R for a random poem
More by this author
Nə kim səhifeyi-tədbirə əql edər məstur,Saqınman ani olur, olmaz olmayan məqdur.
Ab lövhi üzrə çəkmiş mövcdən mistər səbaAb lövhi üzrə çəkmiş mövcdən mistər səba,Səbzədən nəql etməyə vəsfi-xəti-dilbər səba.
İrişdi vəqt ki, fəsli-xəzani-nahəmvarİrişdi vəqt ki, fəsli-xəzani-nahəmvar,Qıla xünək hərəkatın müzahimi-əşcar.
Qönçə bağrı dəhr bidadilə əvvəl qan olurQönçə bağrı dəhr bidadilə əvvəl qan olur,Sonra yüz lütf ilə könlü açılır, xəndan olur.
Poems by other poets
Yar getdikcə təhəssür dili-şeydadə durar,Ömr vardıqca həves aşiqi-risvadə durar!
Billəm ki, edər axir ol nərgisi-məstanəBilləm ki, edər axir ol nərgisi-məstanəBu aşiqi şeydanı Məcnun kimi divanə.
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
Nə bilsinBir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,