Neçin ol səngdil, bu mənÇəkən əfğanə bir baxmaz?Gözümdən seyl tək hərdəmAxan al qanə bir baxmaz?

Götürüb qönçə sərpuşun,Cəm eyləib əqlü huşun,Veribdir bülbülə guşun,Gülü xəndanə bir baxmaz.

Hanı Şirin, hanı Leyli,Var idi aşiqə meyli;Dəhrdən getdi gileyli,Keçən dövranə bir baxmaz.

Çeşmi-xumarın görəndəCan çıxar durmaz bədəndə,Mey içib sərxoş gəzəndəDönüb məstanə bir baxmaz.

Səg rəqibi harda görcək,Görərsən deyib güləcək.Mürüvvətdirmi Zakir təkMünasib xanə bir baxmaz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern