Qəribsədim uzaqlarda,Könlüm-gözüm səni andı.Ayrıldığım nə müddətdi,Bir əsrdi, yoxsa andı?..

Mən vəfalı gördüm, gülüm,Özün kimi həsrətini,Yad etdinmi sən də bu vaxtSənə şeir həsr edəni?

Sorağının sorağıylaDağ-dərəli yollar dolu,Ayrılığ;n sözləri təkYağır yağış, yağır dolu.

Tutub sözün, səsin, adınUca dağı, gen dərəni.Əllərinlə döyür küləkSəhərəcən pəncərəni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation