Keçirdim qəlbimi
Keçirdim qəlbimiyüz-yüz gözəlinHeyran baxışının odu içindən.Mən onu keçirdimneçələrininSözü,Gözəlliyi, adı içindən.Mən onu vermədim, verə bilməzdim,Çünki, səninüçün saxlamalıydım.O qış baxışının,çovğun sözününOdları içindəyoxlamalıydım.Saxlamalıydım ki, mən onu sonra,
Verəm gözlərinincəfalarına.Saxlamalıydım ki,rahat olmaya;Çırpına,alışa,odlana,yana.Saxlamalıydım ki,gecəbəgündüzSən ona dərd verə,əzab verəsən.Həsrət aləminindolaylarındayol göstərəsən.Mən onu saxladım,sənindir dedim,Sevib saxlamadınamma onu sən.Bir gün mükafatsız,səssiz,səmirsizGetdi gözlərininməmləkətindən.
Kitabxana.az · https://kitabxana.az/en/works/eli-kerim-kecirdim-qelbimi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Qarlı dağlar aşdığın varmı,Ac qurdlarla ulaşdığın varmı,
Şeyx ŞamilŞeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
De gəlsinHicran sənətkarı, qəm xiridarı,Qəddar olan, biilqara de gəlsin.
Təcnisi-münşəibə: Nə ziyadə xəzrati ha budağNə ziyadə xəzrati ha budağ,Sərvcismim ayrıbdı ha budağ,