Sənə deyim qoç igidin nişanın,Aça yağılarla meydan gərəkdi.Nərə çəkib atılanda ortaya,Qaça qabağından düşman gərəkdi.

Təslim deyib qəniminə enməyə,Əcəl çağı yoldaşından dönməyə,Düşman qabağında heç vaxt sinməyə,Meydanlarda qızmış aslan gərəkdi.

Qoç Koroğlu meydan açıb öyünü,Namərd sinəsinə çəkər düyünü.Ac qurdlardan saldırmağa qoyunu,Qurd ağızlı qoçaq oğlan gərəkdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets